Taliban hərəkatının sözçüsü Zəbihullah Mücahid İran Radiosuna müsahibəsində bildirib ki, Əfqanıstan ABŞ tərəfindən mümkün hücum halında və İranın müvafiq tələbi olarsa, Tehranla əməkdaşlığa hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Mücahid qeyd edib ki, rəsmi Kabil ölkələr arasında münaqişə istəmir və regionda gərginliyin artmasının tərəfdarı deyil.
O əlavə edib ki, İran “12 günlük müharibədə qalib gəlib və özünü müdafiə etmək qabiliyyətinə və hüququna malik olduğu üçün yenidən qalib gələcək”.