İran İsrailin şərtlərini qəbul etməlidir
İsrailin Baş naziri bildirib ki, o, yalnız üç şərt yerinə yetirilərsə, İranla razılaşmaya gedəcək.Onun sözlərinə görə, Tehran uranı tamamilə ölkədən çıxarmalı və onun zənginləşdirilməsi üçün bütün gücləri (infrastruktur və obyektləri) sökməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bundan əlavə, İran raketlərinin uçuş məsafəsini 300 kilometrə qədər məhdudlaşdırmalıdır ki, onlar İsrail ərazisinə çata bilməsin.
Digər bir tələb isə “terror oxu”nun ləğv edilməsidir. İsrail bu ifadə ilə İranın bölgədə dəstəklədiyi silahlı qruplaşmaları nəzərdə tutur.
Turqut Ansari
10:53 16.02.2026
Oxunuş sayı: 557