Pezeşkian: İran Şimal-Cənub Dəhlizində maneələri aradan qaldırmaq üçün vaxt qoyub
Məsud Pezeşkian bildirib ki, İran və Rusiya arasında münasibətlər güclüdür və çoxsaylı müqavilələr artıq bağlanıb və həyata keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Pezeşkian deyib: “İstədiyiniz dəmir yolu marşrutunun inşası və istismara verilməsi üçün ilin sonuna qədər bu maneələri aradan qaldıracağıq". İlin sonu İran təqvimi ilə 20 mart tarixinə təsadüf edir.
Məlumata görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi Rusiya, İran, Azərbaycan və Hindistan arasında Avrasiya daxilində ticarət mübadiləsini sürətləndirmək üçün birgə həyata keçirilən layihədir.
00:15 16.02.2026
Oxunuş sayı: 403