Trampdan Xameneiyə açıq mesaj: “Mən yatmaqdan qorxardım”
Donald Trump Əli Xameneiyə xəbərdarlıq edib ki, onun mövqeyi ictimaiyyətə açıqlansa, ciddi nəticələr ola bilər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bildirib: “Əgər mən İranın ali lideri olsaydım, bir yerdə çox uzun müddət yatmaqdan ehtiyat edərdim.”
ABŞ prezidenti daha əvvəl də açıqlamışdı ki, danışıqlar çıxılmaz vəziyyətə düşərsə, İrana qarşı hərbi variant istisna olunmur. O vurğulayıb ki, artıq regionda mövcud olan qüvvələrə əlavə olaraq ikinci təyyarədaşıyan gəmi göndəriləcək və bu, Amerikanın hərbi mövcudluğunu gücləndirəcək.
Tramp danışıqlardan müsbət nəticə gözlədiyini qeyd etsə də, diplomatiya uğursuz olarsa, İran üçün “çox pis bir gün” olacağını xəbərdar edib.
23:30 15.02.2026
Oxunuş sayı: 358