ABŞ və İsrail İrana qarşı “maksimum təzyiq”i gücləndirmək barədə razılığa gəlib
Donald Trump və Benjamin Netanyahu bu həftə Ağ Evdə keçirilən görüşdə İrana qarşı iqtisadi təzyiqin artırılması barədə razılığa gəliblər.
Crossmedia.az "Axios"-a istinadən xəbər verir ki, tərəflər xüsusilə İranın Çinə neft ixracının məhdudlaşdırılması istiqamətində səylərin gücləndirilməsini müzakirə ediblər. Görüşlə bağlı məlumatlı olan iki ABŞ rəsmisinin sözlərinə görə, bu razılaşma Tehranla aparılan dolayı nüvə danışıqları ilə paralel şəkildə yenilənmiş “maksimum təzyiq” kampaniyasının həyata keçirilməsini nəzərdə tutur.
Yüksək vəzifəli ABŞ rəsmisi bildirib ki, İranın Çinə neft satışına qarşı daha sərt addımlar atılması barədə prinsipial razılıq əldə olunub. Məlumata əsasən, Çin İranın neft ixracının 80 faizindən çoxunu alır və bu, Tehranın əsas gəlir mənbələrindən biri hesab olunur.
23:11 15.02.2026
Oxunuş sayı: 488