Qəzza zolağında atəşkəs kobud şəkildə pozulub
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında atəşkəs sazişinin növbəti dəfə kobud şəkildə pozulduğunu bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ordunun açıqlamasına görə, atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağının şimalında yeraltı infrastrukturun məhv edilməsi istiqamətində əməliyyatlar davam etdirilir. Bu əməliyyatlar zamanı müşahidə sistemləri bir neçə silahlı şəxsi aşkar edib.
Məlumata əsasən, silahlılar tuneldən çıxaraq İsrail qüvvələrinə yaxın ərazidə, “Sarı Xətt”in şərqində yerləşən bir binanın dağıntıları altında gizləniblər. Aşkarlanmanın dərhal ardından İsrail Hərbi Hava Qüvvələri həmin binaya zərbə endirib.
Ordunun bildirdiyinə görə, zərbə nəticəsində iki silahlı şəxs zərərsizləşdirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
23:19 15.02.2026
Oxunuş sayı: 517