Pakistanın Sind əyalətində ağır yol qəzası: azı 11 nəfər ölüb
Pakistanın cənubundakı Sind əyalətinin Xayrpur rayonunda avtobusun yük avtomobili ilə toqquşması nəticəsində azı 11 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Məlumata görə, hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimallara əsasən, yol hərəkəti qaydalarının pozulması və ya sürət həddinin aşılması qəzanın əsas səbəbləri arasında göstərilir.
Rəsmi qurumlar faktla bağlı araşdırmaların davam etdiyini bildiriblər.
23:26 15.02.2026
Oxunuş sayı: 503