Sobyanin: Ukrayna paytaxt istiqamətində PUA-larla hücum edib
Sergey Sobyanin bildirib ki, Ukrayna tərəfindən Rusiya paytaxtı istiqamətində pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, merin sözlərinə görə, Moskva istiqamətində uçan 4 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Sobyanin qeyd edib ki, hadisə ilə bağlı müvafiq qurumlar araşdırma aparır. İlkin məlumata əsasən, insident nəticəsində ciddi dağıntı və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.
22:20 15.02.2026
Oxunuş sayı: 525