ABŞ Hind Okeanında İran tankerini ələ keçirdi
ABŞ hərbi qüvvələri Hind Okeanında İranın Veronica III tankerini ələ keçirib. Tanker Karib dənizindən izlənməyə başlayıb və Venesueladan Cənub-Şərqi Asiyaya neft daşıyırdı.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Gəmi Panama bayrağı altında üzürdü və uzun müddətdir beynəlxalq sanksiya siyahısında yer alırdı. Mütəxəssislərin məlumatına görə, tanker Çin şirkəti tərəfindən idarə olunsa da, onun İran donanmasına aid olduğu bildirilir.
Hadisənin ABŞ-İran münasibətlərinə necə təsir edəcəyi və tanker üzərində nəzarətin gələcəkdə necə təşkil olunacağı barədə rəsmi açıqlama hələ verilməyib.
20:13 15.02.2026
Oxunuş sayı: 537