91 yaşlı kişi ata oldu - FOTO
Fransada 91 yaşlı Pierre Sable yenidən ata olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 39 yaşlı həyat yoldaşı Aicha ilə cütlüyün altı ay əvvəl Maria adlı qızı dünyaya gəlib. Bu, Sablenin yeddinci övladıdır. Onun əvvəlki nikah və münasibətlərdən dünyaya gələn uşaqları fərqli analardandır. Böyük qızının isə bu il 60 yaşı tamam olur.
Sable belə bir yaşda yenidən ata olmaq qərarını yaxşı fiziki vəziyyəti ilə izah edib. Bildirilir ki, o, yaşadığı bölgədə idman sahəsində nailiyyətləri ilə tanınır.
Cütlük hazırda altı aylıq övladlarının qayğısı ilə məşğuldur.
15:43 15.02.2026
Oxunuş sayı: 641