Keçmiş səfir İranda rejimin iç üzünü açdı
Keçmiş hindistanlı diplomat Navtej Sarna İranda xalqla hakimiyyət arasında mövcud olan ziddiyyətlərin son illərdə daha da artdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Hindistanın ABŞ və Böyük Britaniyadakı keçmiş səfiri, eyni zamanda vaxtilə Tehranda diplomatik fəaliyyət göstərmiş diplomat bu barədə Hindistanda nəşr olunan "The Week" jurnalında dərc edilən məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, genişmiqyaslı etirazlar, qanlı repressiyalar və ABŞ-nin hərbi təhdidlərinə baxmayaraq, İranda real və mənalı dəyişikliklərin perspektivi hələ də qeyri-müəyyən olaraq qalır.
Müəllif xatırladıb ki, təxminən 30 il əvvəl Tehranda diplomat kimi çalışdığı dövrdə belə xalqla hakimiyyət arasında ciddi uçurum mövcud idi. Onun fikrincə, zaman keçdikcə bu ziddiyyət daha da dərinləşib.
Sərna vurğulayıb ki, dini legitimliyə əsaslanan, güclü təhlükəsizlik aparatı və qeyri-şəffaf maliyyə strukturları ilə idarə olunan ruhani rejim artan ictimai narazılıq fonunda ciddi təzyiqlərlə üzləşir.
15:24 15.02.2026
Oxunuş sayı: 569