Trampın sanksiya təhdidləri: Meksika Kubaya neft ixracını dayandırdı
Meksika Donald Trampın tarif təhdidləri fonunda Kubaya neft tədarükünü dayandırıb.
Crossmedia.az bu barədə “La Jornada” qəzetinə istinadən xəbər verir ki, Meksika hökuməti Kubaya neft ixracını müvəqqəti olaraq dayandırsa da, adaya humanitar yardım göndərməyə davam edəcəyini bəyan edib.Meksika prezidenti Klaudiya Şeynbaum mətbuat brifinqi zamanı bildirib ki, neft tədarükünün bərpası üçün bütün zəruri diplomatik addımlar atılacaq. Onun sözlərinə görə, rəsmi Mexiko məsələ ilə bağlı diplomatik səylərini davam etdirir.
Şeynbaum ABŞ-nin sabiq prezidenti Donald Trampın Kubaya neft tədarük edən ölkələrə qarşı sanksiyalar tətbiq etmək təhdidini tənqid edərək, bu yanaşmanı ədalətsiz adlandırıb. Prezident qeyd edib ki, bu cür addımlar ciddi humanitar nəticələrə səbəb olur.
“Hökumətlə razılaşmadığınız üçün insanlara zərər verə bilməzsiniz. Bu, yanlışdır. Onların xəstəxanalar və məktəblər üçün yanacağı yoxdur. İnsanlar əziyyət çəkir”, – deyə Meksika prezidenti vurğulayıb.
11:35 10.02.2026
Oxunuş sayı: 427