Ankara–Tehran xətti aktivləşdi: Nüvə danışıqları gündəmdə
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Danışıq zamanı Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə ediblər.
Tərəflər regiondakı son proseslər, diplomatik təşəbbüslər və nüvə danışıqlarının regional sabitliyə mümkün təsirləri ətrafında fikir mübadiləsi aparıblar.
22:26 09.02.2026
Oxunuş sayı: 504