Mbappe özündən çıxdı
İspaniya La Liqasının 23-cü turunda səfərdə "Valensiya"nı 2:0 hesabı ilə məğlub edən "Real Madrid"in hücumçusu Kilian Mbappe oyunun gedişində özündən çıxıb.
Crossmedia.az "AS" nəşrinə istinadən xəbər verir ki, ulduz hücumçu fasilə ərəfəsində qeydə alınan ofsaydla razılaşmayıb.
O, dördüncü hakimə yaxınlaşaraq belə deyib: "Bu necə oyundankənar vəziyyətdir? Gəlin stadionun dəhlizinə keçək və mənə anlamadığımı izah edin. Sizinlə danışıram, amma mənə tərəf heç baxmırsınız da. Mənimlə danışmırsınız".
Ədalət təmsilçisinin ona reaksiya vermədiyini görən Kilian fransalı komanda yoldaşı Eduardu Kamavinqaya tərəf dönərək hakimləri aşağılayıb: "Klounlar".(Fanat.Az)
18:40 09.02.2026
Oxunuş sayı: 465