Azərbaycanın etirazından sonra erməni idmançılar geri çəkildi
Erməni fiqurlu konkisürənlər Karina Akopova və Nikita Raxmaninin proqramında istifadə olunan musiqi əsərinin adı Bakıda keçirilən etiraz aksiyasından sonra dəyişdirilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı qərarı Beynəlxalq Konkisürmə İttifaqı (ISU) qəbul edib.
Təşkilatçılar The Guardian qəzetinə bildiriblər ki, Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmi etirazından sonra musiqi artıq “Artsax” adı ilə təqdim edilmir.
Yeni versiyada əsər yalnız “Musiqi Ara Gevorgyanındır” qeydi ilə qeyd olunub.
18:26 09.02.2026
Oxunuş sayı: 499