Epşteyn fayllarında dəhşətli detallar üzə çıxıb
Ceffri Epşteyn 2018-ci ildə adasına çatdırılmaq üçün altı ədəd 55 qallonluq sənaye dərəcəli sulfat turşusu sifariş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "International Business Times" qəzeti məlumat yayıb.
6 dekabr 2018-ci il tarixli və Epşteyn fayllarında yer alan sənəddə bu göndəriş üçün təxminən 5 min dollar ödəniş tələb olunduğu, məbləğə yanacaq və sığortanın da daxil edildiyi bildirilir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, məhz həmin gün ABŞ Federal Təhqiqat Bürosu (FTB) Epşteynlə bağlı uşaq cinsi istismarı araşdırmasına start verib.
Bu fakt iş üzrə şübhələri və müzakirələri yenidən gücləndirib.
17:22 09.02.2026
Oxunuş sayı: 513