Həbsxanadan cəbhəyə: ArBat komandirinin sonu
Ukrayna Silahlı Qüvvələri Ukraynaya qarşı döyüşən ArBat batalyonunun komandiri Hayk Qasparyanı məhv edib.
Crossmedia.az xəbər verir ki,bu barədə Ukrayna tərəfi məlumat yayıb.Bildirilib ki, Hayk Qasparyan daha əvvəl “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşüb və fəaliyyətinə görə “Cəsarətə görə” medalı ilə təltif olunub.
Məlumata görə, Qasparyan silahlı soyğunçuluq ittihamı ilə cəza çəkdiyi maksimum təhlükəsizlik həbsxanasından müharibəyə cəlb edilib. 2023-cü ildə isə o, ArBat batalyonunun rəhbəri təyin olunub.
Qeyd olunur ki, ArBat batalyonu 2025-ci ilin fevralında Moskvada vəfat edən kriminal avtoritet Armen Sarkisyan (Qorlovski) tərəfindən yaradılıb. Qasparyanın Ukraynaya qarşı döyüş əməliyyatlarında aktiv iştirak etdiyi bildirilir.
17:15 09.02.2026
Oxunuş sayı: 463