PJAK İranda niyə fəallaşıb?
İranda PKK-nın uzantısı olan PJAK terror qrupuna qarşı ciddi zərbə endirilib. Qurumun Kirmanşahdakı hücrəsindən 11 terrorçunun əməliyyat hazırlığı zamanı yaxalandığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kirmanşah rəsmi Tehrana görə separatçı terror sərhəd bölgəsi hesab olunur. İran hökuməti İraqın kürd bölgəsinə açılan qapı olan bu vilayəti PJAK-dan təmizləməyi hədəfləyir. ABŞ təhdidinin artdığı bir dövrdə hərəkətə keçən PJAK Türkiyə tərəfindən də diqqətlə izlənilir.
İranın qərb vilayəti Kirmanşahda son günlər ciddi təhlükəsizlik əməliyyatı keçirilib. İran İnqilab Keşikçiləri Ordusu Kirmanşahda PJAK ilə əlaqəli 11 şəxsin saxlandığını açıqlayıb. Rəsmi televiziya və dövlət mediası terrorçuların “sabotaj əməliyyatları təşkil etmək və cəmiyyətin təhlükəsizliyini pozmaq” üçün hərəkət etdiklərini və əməliyyatın öncədən qarşısının alındığını bildirib.
Bu inkişaf yalnız İran üçün deyil, həm də Türkiyə üçün vacib hesab olunur. Türkiyə keçən ay İraqdan İrana keçən PJAK terrorçuları ilə bağlı izləmə məlumatlarını İran təhlükəsizlik qüvvələrinə ötürdüyünü açıqlamışdı. Tehranın isə İraqa qonşu Kirmanşah vilayətində kürd separatçı qrupları nəzarət altında saxladığı vurğulanır. Kirmanşahın önəmi həm terror qrupları, həm də Tehranın nəzarətində olan qüvvələr üçün əhəmiyyətlidir və İranın təhlükəsizlik xəbərlərində də əks olunur.
Tehran hökuməti və beynəlxalq qurumlar PJAK-ı terrorçu təşkilat siyahısında qiymətləndirir; Türkiyə və ABŞ da bu qrupu terror siyahısına daxil edib.
İKİ AYRI HÜRƏ
İrana yaxın mənbələrə görə, İnqilab Keşikçilərinin Nəcef Əşrəf qərargahı komandanı Mühsin Kərimi bildirib ki, iki ayrı PJAK hücrəsi əvvəldən müəyyən olunmuş və əməliyyat planlaşdırılıb. Kərimi bu hücrələrin dövlət və xalq təhlükəsizliyini hədəf alacaq sabotaj hazırlığında olduğunu, əldə olunan kəşfiyyat məlumatları əsasında əməliyyatların həyata keçirilmədən qarşısının alındığını açıqlayıb. Rəsmi İran mediası şübhəlilərin PJAK-ın əsas üzvləri ilə birbaşa əlaqəli olduğunu və əməliyyat hazırlığında olduqlarını bildirib.
SİLAHLI HƏRƏKƏTLƏR
İran hökuməti əməliyyatların öncədən dayandırıldığını vurğulayıb. Kürd bölgələrindəki gərgin mühitdə İran təhlükəsizlik qüvvələri zaman-zaman silahlı qruplara qarşı əməliyyatlar həyata keçirir. 2025-ci ilin oktyabrında Marivanda PJAK-a bağlı bir şəxsin öldürüldüyü bildirilmişdi; bu hadisə təşkilat ilə dövlət arasındakı hərbi gərginliyin davam etdiyini göstərirdi.
GENİŞLƏNMƏ ƏRƏFƏSİ
İranın təhlükəsizlik və terrorla mübarizə perspektivindən Kirmanşah PJAK-ın əsas bazası olmasının yanında “genişləmə ərəfəsi” kimi də qiymətləndirilir. PJAK-ın əsas bazaları əsasən İranın şimal-qərbində Urmiye–Mahabad xətti ilə Sine (Sanandac) və Marivan ətrafı kimi göstərilir.
Kirmanşah isə bu əsas bölgələrin qapısı hesab olunur və təşkilat üçün potensial yayılma xətti kimi qiymətləndirilir. Tehran hökumətinə görə, PJAK Kirmanşahda birbaşa və geniş silahlı münaqişə strategiyası yürütmür, amma hüceyrə şəbəkələri qurmaq və logistika dəstəyi vermək yönümlü fəaliyyət göstərir. Coğrafi baxımdan Kirmanşah İran Kürd bölgəsi ilə İraq Kürd bölgəsi arasında təbii keçid xətti üzərində yerləşir. Zagros dağları boyunca uzanan ərazi, silahlı qruplar üçün hərəkət sahəsi təmin edir.
PJAK 2004-cü ildə PKK tərəfindən İranın Kürd bölgəsində fəaliyyət göstərmək üçün yaradılıb.
ABŞ İLƏ MÜNASİBƏT
PJAK-ın silahlı fəaliyyətinin İranın ABŞ ilə kritik danışıqlar apardığı bir dövrdə baş verməsi diqqət çəkir. Eyni zamanda, PJAK-ın bölgədə aktivləşməsi Türkiyənin terrorla mübarizəsi baxımından da əhəmiyyətlidir.
Türkiyə Milli Müdafiə Naziri Yaşar Güler 19 dekabr tarixində açıqlamasında 2025-ci ilin iyununda İranla aparılan kəşfiyyat paylaşımına diqqət çəkmişdi. Güler demişdi: “PKK terror təşkilatı, silahdan imtina bəyanatından sonra İraqın şimalından çox sayda terrorçu, silah və sursatı İrana keçirməyə çalışdı. Biz bunları hər gün İran tərəfinə məlumat verdik. Onlar da fürsət tapdıqca əməliyyatlar həyata keçirdi.”
Turqut Ansari
16:01 09.02.2026
Oxunuş sayı: 428