Epşteyn işi ilə bağlı yeni faktlar üzə çıxıb
Jeffrey Epşteyn işi ilə bağlı açıqlanan yeni sənədlər onun yalnız cinsi cinayətlərdə ittiham olunan bir şəxs olmadığını, eyni zamanda qlobal miqyasda təsirə malik, qorunan elit şəbəkənin mərkəzində dayandığını göstərir.
Crossmedia.az "Haber Global"a istinadən xəbər verir ki, Epşteynlə bağlı milyonlarla sənədin üzə çıxması onun maliyyə, siyasət, texnologiya və diplomatik dairələrlə dərin əlaqələrini ortaya qoyur. Sənədlər Epşteynin uzun illər ərzində nüfuzlu şəxslərlə yaxın münasibətlər saxladığını və bu əlaqələr sayəsində hüquqi məsuliyyətdən qorunduğunu göstərən ciddi suallar yaradır.
Bildirilib ki, sənədlərdə müxtəlif ölkələrdən olan siyasətçilərin, tanınmış iş adamlarının və nüfuzlu fiqurların adlarının hallanması Epşteyn işinin fərdi cinayət çərçivəsindən çıxaraq sistemli və təşkilatlanmış bir şəbəkə məsələsinə çevrildiyini göstərir.
Analitiklər vurğulayırlar ki, Epşteynin fəaliyyəti yalnız şəxsi maraqlarla məhdudlaşmayıb, o, eyni zamanda qlobal elitlər arasında əlaqələndirici rol oynayıb. Bu isə onun uzun müddət toxunulmaz qalmasının əsas səbəblərindən biri kimi qiymətləndirilir.
Yazıda qeyd olunur ki, Epşteyn sənədləri dünya ictimaiyyətinə yalnız keçmişdə baş verən cinayətləri deyil, eyni zamanda beynəlxalq elitaların qaranlıq əlaqələrini və mümkün himayə mexanizmlərini göstərir və bu mövzu hələ uzun müddət gündəmdə qalacaq.
15:47 09.02.2026
Oxunuş sayı: 392