Norveçin Xarici İşlər Nazirliyi ölkənin keçmiş baş naziri və Avropa Şurasının sabiq baş katibi Turbyörn Yaglandın toxunulmazlığının ləğvinə nail olmaq niyyətində olduğunu bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Yaglandın adı Ceffri Epşteyn işi üzrə materiallarda yer alır.Müvafiq müraciətin Avropa Şurasının Nazirlər Komitəsinə göndərilməsi planlaşdırılır və məsələ fevralın 11-də keçiriləcək iclasda müzakirə oluna bilər.Bundan əvvəl Norveçin iqtisadi və ekoloji cinayətlərin araşdırılması üzrə səlahiyyətli qurumu Epşteyn işi ilə bağlı məxfilikdən çıxarılmış sənədlər əsasında Yagland barəsində cinayət işi başladıb. Avropa Şurasında fəaliyyət göstərdiyi dövrdə Yagland Bakıya qarşı yönəlmiş sərt anti-Azərbaycan mövqeyi və təşəbbüsləri ilə tanınırdı.
Turqut Ansari