İqtisadiyyat

Sahil Babayev qəbul keçirəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dekabrın 13-də Quba rayonunda Quba və Qusar rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.

Crossmedia.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq və həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar dekabrın 4-6-da nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşların müraciətləri qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında dinləniləcək.

08:04 04.12.2024

Oxunuş sayı: 6004

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR