Avropanın təhlükəsizliyi sual altında: Çin kəşfiyyatı iki ölkədə ifşa olundu
Fransa və Yunanıstanda eyni gündə Çinlə əlaqəli casusluq qalmaqalları üzə çıxıb.
Fransada hüquq-mühafizə orqanları peyk rabitə məlumatlarını ələ keçirmək planı ilə bağlı 4 nəfəri, o cümlədən iki Çin vətəndaşını həbs edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, şübhəlilər Fransanın cənub-qərbində 2 metr diametrli peyk antenası quraşdıraraq “Starlink” də daxil olmaqla strateji əhəmiyyətli peyklərdən və hərbi obyektlərdən məlumat toplamağa cəhd ediblər.
Aparılan əməliyyat zamanı siqnalların tutulmasına imkan verən texniki avadanlıqlar aşkarlanıb.
Eyni gündə Yunanıstanda isə Silahlı Qüvvələrdə xidmət edən yüksək rütbəli zabit NATO və Yunanıstan Hərbi Hava Qüvvələrinə aid məxfi sənədləri Çinə ötürməkdə ittiham olunaraq saxlanılıb.
Zabit dindirilmə zamanı casusluq etdiyini etiraf edib.
Məlum olub ki, o, orduda telekommunikasiya və informasiya texnologiyaları sahəsinə cavabdeh olub və məxfi sənədlərin fotoşəkillərini çəkərək Çinə göndərib.
19:14 07.02.2026
Oxunuş sayı: 383