5 milyon dollarlıq sirr: Epşteynin vəsiyyəti Fransanı silkələdi
Fransanın keçmiş mədəniyyət naziri Cek Lanq və onun qızı Karolinin ABŞ maliyyəçisi və məhkum pedofil Ceffri Epşteynlə mümkün əlaqələri araşdırma predmetinə çevrilib.
Crossmedia.az xəbər verir ki,bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Lanq ailəsi Epşteynlə birlikdə sənət əsərlərinin alınması ilə məşğul olan “Prytanee” MMC şirkətinin sahibi olub.
Eyni zamanda, iddialara görə, Epşteyn vəsiyyətində Karolin Lanqa 5 milyon dollar məbləğində pay ayırıb. Karolin Lanq isə bu vəsiyyət barədə məlumatlı olduğunu inkar edir.
Məsələ ilə bağlı tərəflərdən rəsmi açıqlama verilməyib, araşdırmalar davam edir.
17:24 07.02.2026
Oxunuş sayı: 1253