ABŞ Prezidenti Donald Tramp İranla bağlı mövqeyini açıqlayaraq Vaşinqtonun bu məsələdə səbirli strategiya izlədiyini bildirib.
Trampın sözlərinə görə, ABŞ İran məsələsində tələsmək niyyətində deyil və prosesə uzunmüddətli yanaşır. O qeyd edib ki, Vaşinqtonun kifayət qədər vaxtı var və İranla aparılan danışıqlar müsbət məcrada davam edir:
“Siz düzgün mövqedə olmalısınız. Bizim çox vaxtımız var”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əvvəlki illərdə Venesuela ilə bağlı yürüdülən siyasəti də xatırladıb. Onun sözlərinə görə, Vaşinqton həmin halda da gözləmə taktikasına üstünlük verib:
“Əgər Venesuelanı xatırlayırsınızsa, biz bir müddət sadəcə gözlədik. Bizim tələsmək kimi bir niyyətimiz yoxdur. İranla çox yaxşı danışıqlar aparırıq”.
Trampın bu açıqlamaları ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyi, lakin diplomatik kanalların açıq saxlandığı bir dövrə təsadüf edir.