Tramp: İranla razılaşma mümkündür, ancaq…
ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma barədə açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistin “İranla yalnız nüvə məsələsini əhatə edən və sizin üçün qəbul edilə bilən bir razılaşma mümkündürmü?” sualına cavabında Tramp belə bir razılaşmanın mümkünsüz olmadığını bildirib.
Trampın sözlərinə görə, razılaşmanın əsas və dəyişməz şərti İranın nüvə silahına sahib olmamasıdır.
Prezident həmçinin qeyd edib ki, əgər bu razılaşmanı iki il əvvəl bağlamaq mümkün olsaydı, ABŞ tərəfi buna razı olardı. Lakin həmin dövrdə İran bu şərtləri qəbul etməyib.
“İndi isə onlar razıdırlar. İndi İran bir il yarım əvvələ nisbətən daha çox güzəştə getməyə hazırdır”, – deyə Tramp vurğulayıb.
15:20 07.02.2026
Oxunuş sayı: 1224