Bu gün İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarını kəskin tənqid edib.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rzayi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İran İslam Respublikası öz “qırmızı xətləri”ndən geri çəkilməyib və bundan sonra da geri çəkilməyəcək. Onun sözlərinə görə, hərbi, iqtisadi, terror və digər üsulları sınaqdan keçirən tərəf ABŞ olub və bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib.
İranlı deputat əlavə edib ki, mövcud şəraitdə ABŞ-nin İran xalqının qanuni hüquqlarını və Tehran tərəfindən müəyyən edilən çərçivələri qəbul etməkdən başqa alternativi yoxdur.
Qeyd olunur ki, bu açıqlama Vaşinqtonla Tehran arasında gərginliyin davam etdiyi və tərəflərin qarşılıqlı bəyanatlarının artdığı bir dövrə təsadüf edir.