İran Maskatda keçirilən danışıqlarda gündəliyin əsasən nüvə məsələsi ilə məhdudlaşdırılmasında israrlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.
Kanalın təhlilində qeyd olunur ki, bu mövqenin əsas məqsədi İranın üzərinə götürəcəyi istənilən nüvə öhdəliyi ilə ABŞ tərəfindən tətbiq edilən sanksiyaların ləğvi arasında birbaşa və aydın əlaqə yaratmaqdır.
Məlumata əsasən, Tehran danışıqların yalnız nüvə mövzusu ətrafında aparılmasını həm daxili siyasi müstəvidə, həm də beynəlxalq arenada öz mövqelərini gücləndirmək cəhdi kimi dəyərləndirir. Eyni zamanda bu yanaşma ABŞ-nin regionda və danışıqlar prosesində ənənəvi təsir mexanizmlərinə açıq çağırış kimi qiymətləndirilir.
Təhlildə vurğulanır ki, İranın bu strategiyası danışıqların formatını sərtləşdirə və tərəflər arasında razılaşmaya aparan yolu daha mürəkkəb edə bilər.