Hizbullah ilk dəfə olaraq təşkilat daxilində yüksək rütbəli təhlükəsizlik məmurunun istefasını qəbul edib.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Söhbət Hizbullahın təhlükəsizlik strukturlarında mühüm mövqe tutan Vafiq Səfadan gedir. O, təşkilatın Livan təhlükəsizlik qurumları ilə qarşılıqlı əlaqə və koordinasiya bölməsinə rəhbərlik edib və Hizbullah lideri Həsən Nəsrullahın ən yaxın silahdaşlarından biri kimi tanınıb.
Məlumata görə, Vafiq Səfa 2024-cü ilin oktyabr ayının əvvəlində İsrail tərəfindən həyata keçirildiyi iddia olunan sui-qəsd cəhdinin hədəfinə çevrilib.
Qeyd olunur ki, bu istefa Hizbullah daxilində nadir və diqqətçəkən hadisə hesab olunur və təşkilatın təhlükəsizlik strukturlarında mümkün dəyişikliklərə işarə edə bilər.