Rus xalqı yüzdən çox milləti özündə birləşdirən sivilizasiyadır
Rusiya Prezidenti yanında mətbuat katibi Dmitri Peskov ölkədə yaşayan millətlər barədə açıqlama verib. Onun sözlərinə görə, Rusiya ərazisində 100-dən çox millət və etnik qrup mövcuddur və hər biri öz mədəni irsini bir “çay”da birləşdirir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Peskov bu metaforadan istifadə edərək bildirib ki, həmin “çay” Rusiya xalqıdır və məhz bu müxtəlif etnik qrupların töhfəsi sayəsində Rusiya xalqı bir sivilizasiya kimi formalaşır:
"Bizim ölkədə 100-dən çox millət və milliyyət yaşayır. Hər bir xalq öz mədəni zənginliyini bir çaya verir və bu çay rus xalqı adlanır. Elə bu rus xalqı məhz həmin çaylara tökülən bu zənginlik sayəsində bir sivilizasiya olur" – deyə Peskov qeyd edib.
23:42 06.02.2026
Oxunuş sayı: 464