Ermənistan İranla ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Bunu İranın İrəvandakı səfiri Xəlil Şirqulami ilə görüşündə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Görüş zamanı tərəflər İran–Ermənistan Birgə Əməkdaşlıq Komissiyasının birgə layihələrin hazırlanması və əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar. Qriqoryan qeyd edib ki, İranla münasibətlərin dərinləşdirilməsi Ermənistanın əsas strateji prioritetlərindən biridir.
Eyni zamanda, İranın Ermənistandakı yeni səfirinin ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyanla görüşündə açıqlanıb ki, İrəvan gələn il İranla sərhədin tam şəkildə yeni avadanlıqlarla modernləşdirilməsini planlaşdırır.
Qeyd edək ki, bu addımlar iki ölkə arasında iqtisadi, logistika və regional əməkdaşlığın daha da gücləndirilməsinə yönəlib.