Epşteynin qardaşı Trampı onun ölümündə ittiham edib
Ceffri Epşteynin qardaşı Mark Epşteyn ABŞ Federal Təhqiqat Bürosuna (FBI) müraciət edərək maliyyəçinin həbsxana kamerasında qətlə yetirildiyini və bu qətlin ABŞ-ın sabiq prezidenti Donald Trampın göstərişi ilə həyata keçirildiyini iddia edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Mark Epşteynin 2023-cü ildə FBI-yə ünvanladığı müraciətdə bildirilir ki, Ceffri Epşteyn bir sıra adları açıqlamağa hazırlaşdığı üçün öldürülüb. Onun sözlərinə görə, bu qətl birbaşa Tramp tərəfindən sanksiyalaşdırılıb.
“Ceffri Epşteyn öz kamerasında öldürüldü. Onun öldürüldüyünə inanmaq üçün əsaslarım var, çünki o, adlar çəkməyə hazırlaşırdı. Hesab edirəm ki, bu qətl prezident Trampın göstərişi ilə həyata keçirilib”, – deyə müraciətdə qeyd olunub.
Sözügedən sənəd ABŞ Ədliyyə Nazirliyi tərəfindən 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanıb.
21:57 06.02.2026
Oxunuş sayı: 528