ABŞ və Aİ İttifaqı Rusiyaya qarşı 20-ci paket sanksiyalar açıqladı
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq edəcəyi 20-ci sanksiya paketi çərçivəsində rus neftinin daşınmasının tam qadağan edilməsi və 43 tankerinin “qara siyahıya” salınması nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bundan əlavə, 20 regional rus bankı sanksiyalar siyahısına əlavə ediləcək və əməliyyatlara yeni məhdudiyyətlər qoyulacaq.
Qeyd edək ki, sanksiyalar kompüter və radioavadanlıqlarının ixracını Rusiyaya yönləndirə biləcək ölkələrə məhdudlaşdırmağı da nəzərdə tutur.
Fatimə Məmmədova
18:50 06.02.2026
Oxunuş sayı: 571