Peter Staray Azərbaycana gəlir
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray Azərbaycana səfər edəcək.
Crossmedia.az xəbər verir ki, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək iclasında iştirak edəcək.
Qeyd edək ki, bu il martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.
Xatırladaq ki, tədbirə bir sıra ölkələrdən nazirlər, nazir müavinləri, digər yüksək səviyyəli nümayəndələr, maliyyə institutları və enerji şirkətləri qatılacaq.
18:48 06.02.2026
Oxunuş sayı: 564