Özbəkistan prezidenti bu şəxslərlə görüş keçirdi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İslamabada səfəri çərçivəsində HRL Group, Engro Group və Gohar Textile şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki. görüşlərdə Pakistan ərazisində mis, qızıl və kritik mineralların Özbəkistan təcrübəsi əsasında birgə kəşfiyyatı imkanları müzakirə olunub.
Eyni zamanda HRL Group-un rəhbəri İslamabadda İmam Buxari kompleksinin inşasını təklif edib. Bildirilib ki, Səmərqənd şəhərində isə yeni mehmanxananın tikintisi planlaşdırılır.
18:28 06.02.2026
Oxunuş sayı: 456