ABŞ–İran danışıqlarının ilkin nəticəsi açıqlanıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamasında ABŞ ilə aparılan danışıqların birinci mərhələsinin “hələlik” başa çatdığını bildirib. Onun sözlərinə görə, bu mərhələnin yekunlaşması ilə əlaqədar hər iki ölkənin nümayəndə heyətləri paytaxtlarına qayıdacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılığa gəliblər. Qeyd olunur ki, hazırda ABŞ və İran paytaxtlarında ilkin qiymətləndirmə prosesi aparılacaq.
Bu mərhələ tərəflərin danışıqlar prosesinin davam etdirilməsinin zəruriliyini qəbul etdiyini göstərir.
18:15 06.02.2026
Oxunuş sayı: 393