Keçmiş deputatla əmlakı müsadirə olunur: Məhkəmə qərar verdi
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı növbəti iddiasını icraata qəbul edib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata əsasən, Ermənistan Baş Prokurorluğu Sankt-Peterburqda fəaliyyət göstərmiş keçmiş baş konsulun əmlakının Ermənistanın xeyrinə müsadirə olunmasını tələb edir.
İddiada Rubik Karapetoviç Akopyan və onunla əlaqəli şəxsin beş daşınmaz əmlak, bir daşınmaz əmlak əldə etmək hüququ, eləcə də iki nəqliyyat vasitəsi aldığı göstərilir.
Qeyd olunur ki, Rubik Akopyan Daşnaksütyun partiyasını, daha sonra isə İrs partiyasını təmsil edib. İş üzrə araşdırmalar davam edir.
17:12 06.02.2026
Oxunuş sayı: 437