Rusiya neftinin ən böyük alıcısı ondan imtina edib
Hindistanın ən iri özəl şirkəti olan Reliance Industries Venesueladan neft almağa başlayıb.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən məlumat verir. Məlumata görə, şirkət təxminən 2 milyon barel Venesuela xam nefti ilə yüklənmiş supertanker əldə edib.
Əvvəllər Reliance Industries Hindistanda Rusiya neftinin ən böyük alıcısı olub. Lakin ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalarından sonra şirkət Rusiyadan neft alışından imtina etdiyini bəyan edib. Venesuela neftinə keçid Vaşinqtonla əldə olunan razılaşmalar və müvafiq icazənin verilməsindən sonra mümkün olub.
Sövdələşmə Hindistan üçün Venesuelanın neft ixracına nəzarətin dəyişdirilməsindən sonra həyata keçirilən ilk əməliyyatdır və ABŞ ilə Hindistan arasında ticarət sazişi ilə əlaqələndirilir.
Turqut Ansari
16:42 06.02.2026
Oxunuş sayı: 434