İslamabadda faciə: Məsciddə partlayış 31 can aldı
Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. Son məlumata görə, hadisə zamanı həlak olanların sayı 31 nəfərə çatıb.
Crossmedia.az Pakistan mediasına istinadən xəbər verir.Məlumata görə, partlayış ibadət zamanı baş verib. Hadisə nəticəsində çox sayda insanın yaralandığı bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, hadisənin səbəbləri araşdırılır. Partlayışın terror aktı olub-olmadığı ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.
16:10 06.02.2026
Oxunuş sayı: 580