Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropaya xəbərdarlıq edərək Qrenlandiya ətrafında yaranan vəziyyətin “yalnız başlanğıc” olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Medvedevin sözlərinə görə, Avropa ölkələri Rusiyanın enerji təchizatından imtina etməklə ciddi strateji səhvə yol verib və nəticədə ABŞ qazından kritik dərəcədə asılı vəziyyətə düşüb. O iddia edib ki, bu asılılıq Avropanı Vaşinqtonun siyasi və iqtisadi diktələrinə tabe olmağa məcbur edir.
Rusiyalı siyasətçi vurğulayıb ki, enerji sahəsində itirilən müstəqillik geosiyasi qərarverməyə də birbaşa təsir göstərir və Avropa bundan sonra ABŞ-nin istədiyi xətt üzrə hərəkət etməyə məcbur qalacaq.
Medvedevin açıqlamaları Arktika bölgəsində, xüsusilə Qrenlandiya ətrafında artan geosiyasi rəqabət və Avropanın enerji təhlükəsizliyi ilə bağlı müzakirələr fonunda səsləndirilib.