"Nike" barəsində araşdırma başlanıldı
ABŞ səlahiyyətli qurumları idman geyimləri istehsalçısı "Nike" barəsində irqçilik iddiaları ilə əlaqədar araşdırmaya başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, iddialara görə, şirkətdə ağdərili əməkdaşlara qarşı ayrı-seçkilik tətbiq edildiyi, bəzi işçilərin bu əsasla işdən çıxarıldığı və işə qəbul prosesində onlara süni maneələr yaradıldığı bildirilir.
Məsələ ilə bağlı araşdırma davam edir, şirkət tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
13:07 06.02.2026
Oxunuş sayı: 420