Yaponiya Rusiya ilə sülh sazişi imzalayacaq?
Yaponiya hökuməti Kuril adalarının cənub hissəsi kimi adlandırdığı Şimal əraziləri məsələsinin həllinin vacibliyini və bunun Rusiya ilə sülh sazişinin bağlanması üçün əsas şərt olduğunu bir daha bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibinin müavini Key Sato açıqlama verib.
Sato bildirib ki, Ukraynadakı vəziyyət səbəbindən Yaponiya–Rusiya münasibətləri gərgin olaraq qalır. Bununla belə, Tokio Moskva ilə əlaqələri davam etdirməkdə qərarlı olduğunu və dialoq kanallarının açıq saxlanılmasını vacib saydığını vurğulayıb.
12:48 06.02.2026
Oxunuş sayı: 426