SON DƏQİQƏ: Omanda ABŞ-İran danışıqları başladı
Omanın paytaxtında ABŞ ilə İran arasında danışıqlar prosesi start götürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner iştirak edir.
İran tərəfini isə xarici işlər naziri Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Danışıqların əsas mövzularının nüvə proqramı, regional təhlükəsizlik məsələləri və mümkün diplomatik razılaşmalar ətrafında cəmləşdiyi bildirilir. Oman tərəfi ənənəvi vasitəçi rolunda çıxış edərək tərəflər arasında dialoqun təmin olunmasına şərait yaradır.
12:06 06.02.2026
Oxunuş sayı: 418