ABŞ rəsmisi İran rəhbərliyini təhqir etdi: Siçanlar gəmini tərk edir
ABŞ-nin maliyyə naziri Skot Bessent Senatın Bank Komitəsində keçirilən dinləmələr zamanı bildirib ki, İran İslam Respublikasının rəhbərliyi ölkədən kapitalı kütləvi və sürətli şəkildə çıxarır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu proses “dəlicəsinə” aparılır və mövcud rejimin sonunun yaxınlaşdığına işarə edir.
Bessent ABŞ-nin İrana qarşı tətbiq etdiyi “maksimum təzyiq” strategiyasını şərh edərkən vəziyyəti “siçanlar gəmini tərk edir” ifadəsi ilə xarakterizə edib. O qeyd edib ki, aparılan təhlillər İran liderlərinə məxsus əhəmiyyətli həcmdə maliyyə vəsaitinin ölkə xaricinə çıxarıldığını göstərir.
ABŞ rəsmisinin fikrincə, bu cür kapital axını İran daxilindəki siyasi və iqtisadi qeyri-sabitliyin dərinləşdiyini ortaya qoyur.
09:00 06.02.2026
Oxunuş sayı: 464