Əli Şamxani İran Müdafiə Şurasının katibi oldu
Prezident Məsud Pezeşkianın fərmanı ilə İranın ali rəhbərinin siyasi müşaviri kontr-admiral Əli Şəmxani ölkənin Müdafiə Şurasının katibi təyin edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu təyinat davam edən regional və beynəlxalq təhlükəsizlik problemləri fonunda baş tutub.
Şəmxani əvvəllər uzun illər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. İranın hərbi və siyasi rəhbərliyində əsas fiqur hesab olunur.
Müdafiə Şurasının əsas vəzifələrinin müdafiə hazırlığını gücləndirmək, yeni təhdidlərə qarşı durmaq və müdafiə qərarlarının qəbul edilməsində koordinasiyanı təkmilləşdirmək olduğu bildirilir.
Ekspertlər qeyd edirlər ki, Şamxaninin strateji mövqeyə qayıtması Tehranda təhlükəsizlik qüvvələrinin rolunun güclənməsini və müdafiə siyasətinin mərkəzləşdirilməsini göstərə bilər.
21:55 05.02.2026
Oxunuş sayı: 478