Çin nüvə gücünü etiraf etdi
Çin nüvə silahsızlanması ilə bağlı mövqeyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ölkə bildirir ki, bu proses qlobal strateji sabitliyin qorunması və hamı üçün azalmayan təhlükəsizlik prinsiplərinə uyğun aparılmalıdır.
Çin nüvə gücünün ABŞ və Rusiya ilə eyni səviyyədə olmadığını vurğulayaraq, hələlik nüvə silahsızlanması danışıqlarında iştirak etməyəcəyini açıqlayıb.
Yeni START müqaviləsinin müddətinin bitməsi narahatlıq yaratsa da, Pekin ümid edir ki, ABŞ və Rusiya məsuliyyətli addımlar atacaq və strateji dialoq tezliklə bərpa olunacaq.
20:40 05.02.2026
Oxunuş sayı: 548