Yaxın Şərq şantajı?- ABŞ-İran dialoqu üçün təzyiq artdı
Ən azı doqquz Yaxın Şərq ölkəsi ABŞ administrasiyasından İranla planlaşdırılan danışıqları ləğv etməməyi xahiş edib.
Crossmedia.az “Axios”-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, həmin ölkələr Vaşinqtondan İran rəsmiləri ilə görüşün keçirilməsini və onların mövqeyini dinləməyi istəyiblər.
ABŞ rəsmisi bildirib ki, qərar bölgədəki Amerika müttəfiqlərinə hörmət əlaməti olaraq veriləcək: “Onlar bizdən görüşü keçirməyi və iranlıların dediklərini dinləməyi xahiş ediblər. Ərəb ölkələri təkid etsələr, görüşü keçirəcəyimizi demişik. Ancaq biz çox şübhə ilə yanaşırıq.”
İranın xarici işlər naziri Abbas Əraqçı isə danışıqların fevralın 6-da Omanın paytaxtı Maskatda keçiriləcəyini açıqlayıb.
19:41 05.02.2026
Oxunuş sayı: 464