KİV: İran ya güzəştlər edəcək, ya da müharibə riskini qəbul edəcək
Avropa İttifaqının (Aİ) SEPAH-ı terror təşkilatı kimi tanıması İranın beynəlxalq mövqeyini daha da zəiflədib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Paper” qəzeti məlumat yayıb.
Avropanın bu addımı diplomatik və siyasi müstəvidə ABŞ və İsrailin Tehrana qarşı artan təzyiq siyasətini möhkəmləndirir.
Məqalədə vurğulanır ki, İran hazırda ABŞ, Aİ və İsraildən ibarət blok qarşısında getdikcə daha çox təcrid olunur və müdafiə mövqeyinə sıxışdırılır.
Nəşr hesab edir ki, İslam Respublikası hazırda iki çətin seçim qarşısındadır:
– ya mövcud siyasəti davam etdirərək sanksiyalar, təcrid və mümkün müharibə riskini qəbul etmək,
– ya da nüvə proqramı, ballistik raket fəaliyyəti və proksi qruplara dəstək kimi məsələlərdə ciddi və geniş güzəştlərə getmək.
19:31 05.02.2026
Oxunuş sayı: 496