ABŞ–İran masasında kritik anlaşma: Region üçün oyun dəyişdirən maddələr
ABŞ və İran arasında mümkün danışıqlarla bağlı yeni detallar yayılıb.
Crossmedia.az xəbər verir ki, Qətərin “Əl-Cəzirə” kanalı Misir, Türkiyə, Qətər və digər ölkələrin vasitəçiliyi ilə tərəflər arasında razılaşma üçün təklif olunan çərçivəni dərc edib.
Məlumata görə, İran üç il ərzində uranı zənginləşdirməməyi, sonrakı mərhələdə isə zənginləşdirmə səviyyəsini 1,5 faizdən aşağıda saxlamağı öhdəsinə götürür.
Plan çərçivəsində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə təhvil verilməsi də nəzərdə tutulur.
Bundan əlavə, İranın regional proksi qüvvələrinə silah və hərbi texnologiya verməməsi, zərbələr üçün ballistik raketlərdən istifadə etməməsi və sazişə ABŞ–İran arasında qarşılıqlı təcavüzə yol verməməyi əhatə edən paktın daxil edilməsi təklif olunur.
Qeyd edilir ki, nə Tehran, nə də Vaşinqton bu məlumatı təsdiqləyib.
19:25 05.02.2026
Oxunuş sayı: 494