Ukrayna rəsmisi: Əbu-Dabi danışıqları konstruktiv keçdi
Əbu-Dabidə (BƏƏ) Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci raundu konstruktiv keçib .
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov deyib.
Budanov bildirib ki, danışıqlar ,həqiqətən, konstruktiv keçdi. ABŞ və BƏƏ-yə əla təşkilatçılığına və vasitəçiliyinə görə minnətdaram.
O, hələlik əldə edilən danışıqlarla bağlı başqa heç bir təfərrüat açıqlamayıb.
Xatırladaq ki, Əbu-Dabidə danışıqlar 4-5 fevral tarixlərində baş tutub. Birinci raundda tərəflər əsir mübadiləsi barədə razılığa gəliblər.
19:15 05.02.2026
Oxunuş sayı: 434