Özbəkistan prezidenti Şavkat Mirziyoyev İslamabada gəlib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Pakistanın paytaxtı İslamabada rəsmi səfər edib. Onun təyyarəsini Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr müşayiət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nurhan hava limanında Özbəkistan liderini Pakistan Prezidenti Asif Əli Zərdari və Baş nazir Şahbaz Şərif qarşılayıblar.
Səfər çərçivəsində bu gün Şavkat Mirziyoyevin Pakistanın Müdafiə Qüvvələrinin rəisi Asim Munir və Baş nazir Şahbaz Şəriflə danışıqları, həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasında iştirakı nəzərdə tutulur.
Sabah isə Özbəkistan prezidentinin Pakistan Prezidenti Asif Əli Zərdari ilə görüşü planlaşdırılır. Bundan əlavə, Şavkat Mirziyoyev Özbəkistan–Pakistan biznes forumunda iştirak edəcək.
17:16 05.02.2026
Oxunuş sayı: 480